Onlayn ictimai-siyasi qəzet
Təbrizdə ictimai yerlərdə yayılan və divarlara yapışdırılan posterlərdə Prezident İlham Əliyevin fotosunun altında “Qalib xalq qalib liderini seçdi” yazılıb.
Musavat.com bu barədə Gunaz.TV-yə istinadən bildirir.
Məlumata görə, güneyli sosial media istifadəçiləri bununla bağlı paylaşımlar edib, İlham Əliyevin yenidən prezident seçilməsini alqışlayıblar.
Qürurverici xəbərlərdən biri də budur ki, fevralın 7-si axşam saatlarında prezident seçkilərinin ilkin nəticələri açıqlanandan sonra İlham Əliyevin qələbəsi münasibətilə Şuşada keçirilən atəşfəşanlıqla eyni vaxtda Təbrizdə də atəşfəşanlıq olub. Təbriz bələdiyyə binası və Şahgölü parkında baş tutan təntənəli atəşfəşalıq təbrizlilərin maraq və diqqətini cəlb edib. Bildirilir ki, bu, sosial media kanallarında geniş müzakirə olunub. Rəsmi məlumatda bunun dini “Məbəs” bayramı ilə əlaqəli olduğu deyilsə də, bir çoxları atəşfəşanlığın İlham Əliyevin qələbəsi ilə bağlı olduğunu yazıblar.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ