İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏBİB-dən SAXTA CƏRRAHlarla bağlı AÇIQLAMA 

"TƏBİB tabeli tibb müəssisələrində keçirilən plastik cərrahiyyə əməliyyatları ilə bağlı problem olmayıb”.

Musavat.com xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərin suallarını cavablandırarkən deyib:

"Biz həkimlərin ixtisas, sertifikasiya dərəcələri və əvvəlki əmək fəaliyyətinə fikir veririk. Orada çalışan plastik cərrahlar qanunvericilik qaydaları ilə işə götürülür. Ən birinci məqsədimiz xəstələrə ehtiyac olan tibbi xidmətləri düzgün həyata keçirməkdir. Bizim həkimlərin işinə nəzarət edən deportamentimiz var. Bundan başqa çağrı mərkəzimiz, vətəndaş qəbullarımız var. Hər bir müraciət araşdırılır. Hələ ki, bizdə belə bir problem olmayıb. Qiymətlərə gəlincə, TƏBİB tabeli tibb müəssisələrində qiymətlər müşahidə şurası tərəfindən təyin edilir".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR