İnsanlara hürriyət, millətlərə istiqlal!

Tayvanın dron ixracı 8 dəfəyə yaxın artıb: Əsas alıcılar açıqlandı

2025-ci ilin birinci yarısında Tayvanın pilotsuz təyyarələrinin ixracı illik müqayisədə təxminən 750 faiz artıb.

Musavat.com xəbər verir ki, bu, Tayvanın Xarici Ticarətin İnkişafı Şurasının (TAITRA) ölkənin Mərkəzi Xəbər Agentliyi (CNA) tərəfindən yayılan hesabatında əksini tapıb.

Məlumata əsasən, Tayvan dronlarının ən böyük alıcısı Polşa olub:

"Tayvan gömrük məlumatlarına görə, 2025-ci ilin birinci yarısında 11,89 milyon dollar dəyərində dron ixrac edilib ki, bu da bir il əvvəlkindən 749 faiz çoxdur. Ümumi ixracın 54 faizindən çoxu Polşanın payına düşüb ki, bu da 6,48 milyon dollar təşkil edib".

ABŞ 2025-ci ilin birinci yarısında 1,55 milyon dollar dəyərində Tayvan dronlarını idxal edərək ikinci ən böyük alıcı olub ki, bu da bir il əvvəlkindən 209 faiz çoxdur.

İlk beşliyə həmçinin Almaniya (1,46 milyon dollar), Çexiya (1,04 milyon dollar) və Honkonq (1 milyon dollar) daxil olub.

Agentlik qeyd edib ki, ən böyük beş alıcı Tayvanın altı aylıq dövr ərzində ümumi dron ixracının təxminən 97 faizini alıb:

"Çinə bağlı olmayan təhlükəsiz təchizat zəncirlərinə artan tələb tayvanlı təchizatçılara Avropa və Amerika bazarlarında mövqelərini gücləndirməyə imkan verdi".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR