Onlayn ictimai-siyasi qəzet
Tayvan sahillərində 5,4 bal gücündə zəlzələ baş verib.
Musavat.com lent.az-a istinadən xəbər verir ki, bu barədə Tayvanın Mərkəzi Meteorologiya İdarəsi məlumat yayıb.
Yeraltı təkanlar adanın şərq sahillərində yerli vaxtla saat 22:27-də qeydə alınıb.
Zəlzələnin episentri təxminən 100 min nəfər olan Hualien şəhərindən 18,3 kilometr cənubda dənizdə, ocağı isə 17 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ