İnsanlara hürriyət, millətlərə istiqlal!

Tayvan sahillərində 24 saat ərzində üçüncü zəlzələ

Tayvan sahillərində 24 saat ərzində üçüncü zəlzələ baş verib.

Adanın Mərkəzi Meteoroloji Bürosu bildirib ki, Tayvanın şərq sahillərində 5,9 bal gücündə zəlzələ olub.

Yeraltı təkanlar yerli vaxtla saat 22:11-də (Bakı vaxtı ilə 18:11 - red.) qeydə alınıb, yeraltı təkanların episentri Hualien dairəsindən 26,8 kilometr cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 8,6 kilometr dərinlikdə olub.

Qeyd edək ki, statistikaya görə, Tayvanın şərq hissəsində yerləşən Hualien bölgəsində yeraltı təkanlar adanın digər ərazilərinə nisbətən daha tez-tez baş verir.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR