Onlayn ictimai-siyasi qəzet
"Taxt Oyunları"nın canavarları gerçəyə çevrildi: Alimlər 12 min il əvvəl məhv olmuş növü yenidən diriltdi
ABŞ-da fəaliyyət göstərən Colossal adlı biotexnologiya startapı, qədim dövrlərə aid nəsli kəsilmiş "dəhşətli canavar" növünün genlərini istifadə edərək, Romul, Rem və Xalisi adlarını verdikləri üç balaca canavarı dünyaya gətirib.
Musavat.com xəbər verir ki, hazırda yalnız Romul və Rem nümayiş etdirilib, Xalisinin görüntüləri isə hələlik paylaşılmayıb.
Qədim genlərdən yeni həyat: Elm adamları nəsli kəsilmiş canlıları geri qaytarır
Alimlər 72 min il əvvəl yaşamış dəhşətli canavara aid fosilləşmiş diş və kəllə sümüyündən əldə etdikləri DNT əsasında bu növün genomunun 91%-ni bərpa ediblər;
Sonra bu DNT hüceyrələrə yerləşdirilərək boz canavara (DNT-si 99.5% uyğun gəlir) aid yumurta hüceyrələrinə köçürülüb;
Yumurta hüceyrələri süni şəraitdə inkubasiya edilib və surroqat ana canavarlara köçürülüb. 45 embriondan yalnız 2-si sağ qalaraq doğulub;
Colossal gələcəkdə mamont, sumqaq canavarı, dodo kimi digər nəsli kəsilmiş heyvanları da diriltməyi planlaşdırır;
Qədim dəhşətli canavarlar, "Taxt Oyunları" serialında Stark ailəsinin lütovolqları üçün ilham mənbəyi olmuşdur.
Elm və texnologiyanın bu cür inkişafı, bir vaxtlar yalnız mif və əfsanələrdə yer alan canlıların yenidən dünyaya qayıtmasına imkan yaradır.
Musavat.com
08 Aprel 2025
07 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ