İnsanlara hürriyət, millətlərə istiqlal!

Tatarıstanda "Şəhid" dronları saxlanan anbara hücum olub

Ukrayna ordusu Tatarıstanda “Alabuqa” xüsusi iqtisadi zonasında “Şaxed” pilotsuz uçuş aparatlarının saxlanma terminalına dronlarla hücum edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, qəzadan sonra yanğın başlayıb.

Bildirilir ki, hadisə avqustun 9-da səhər saatlarında baş verib. Tatarıstan səmasında “Örtük” planı elan edilib. Hava limanı bağlanıb və Almetyevsk, Nijnekamsk və Yelabuqada Ukrayna pilotsuz təyyarələrinin mümkün hücumu barədə xəbərdarlıq edilib.

Dronların istehsal olunduğu “Alabuqa” xüsusi iqtisadi zonası hücuma məruz qalıb.

Ukrayna dronları Kiyevdən təxminən 1300 kilometr aralıda yerləşən Qızıl Yol kəndindəki "Şəhid" dronlarının anbar terminalına hücum edib. Verilən məlumata görə, orada hazır pilotsuz təyyarələr və xarici komponentlər saxlanılıb.

Dronlar obyekti vurduqdan sonra yanğın başlayıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR