İnsanlara hürriyət, millətlərə istiqlal!

Tarix təkrarlandı...2005-ci ildə də Aktauya uçan təyyarə qəzaya uğramışdı

İllər əvvəl də dekabrda Aktauya uçan təyyarə qəzaya uğramışdı.

Musavat.com xəbər verir ki, sosial mediada 2005-ci ildə baş verən qəza ilə bağlı paylaşımlar edilir.

Belə ki, həmin il dekabrın 23-də Azərbaycan Hava Yollarına məxsus Bakı–Akatu reysi ilə hərəkət edən "An-140" təyyarəsi qəzaya uğrayıb.

Hava limanından saat 22:19-da havaya qalxan təyyarə təxminən 7 dəqiqədən sonra 18 kilometr aralıda, Nardaran qəsəbəsi yaxınlığında yerə düşüb. Sonradan müəyyən olunub ki, təyyarənin sağ mühərrikində nasazlıq baş verib.

Təyyarədə olan 18 sərnişin və 5 heyət üzvü həlak olub. Onların 15 nəfəri Azərbaycan Respublikasının, 8 nəfəri xarici ölkə vətəndaşları idi.

Nigar,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Yanvar 2025

03 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR