İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış vəkil erməniyə vəkillik etməyin qanuni tərəflərindən DANIŞDI

Qarabağda qondarma rejimə qarşı antiterror tədbirləri aparıldıqdan sonra sülh və insanlıq əleyhinə, digər cinayətlərə yol vermiş şəxslərin həbsləri başladı. Sosial şəbəkələrdə bu şəxsləri müdafiə edən vəkilləri qınayanlar da var. Bu münasibət başadüşüləndir. Bununla belə, Azərbaycan hüquqi dövlətdir və bu şəxslərə vəkil də məhz Azərbaycan dövlətinin hesabına ayrılıb.

Bu məsələlərin hansı qaydada tənzimlənilməsi ilə bağlı vəkil Cavad Cavadova müraciət etdik.

CAVAD.jpg (64 KB)

Cavad Cavadov Musavat.com-a bildirdi ki, belə bir yanaşma kökündən səhvdir:

"Konstitusiyanın 61-ci maddəsinə əsasən, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ var və qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ ana qanunumuz olan Konstitusiyamızda təsbit olunub.

Yəni vəkillə təminat məsələnin tutulan şəxsin kimliyinə və hansı kateqoriyadan cinayət törətməsinə aidiyyəti yoxdur. Müdafiə hüququ istənilən halda mütləq qaydada təmin olunmalıdır. Eyni zamanda Cinayət Prosessual Məcəlləsinə əsasən, müdafiəçi şübhəli və ya təqsirləndirilən şəxsin şəxsiyyəti, onun iştirakı ilə baxılan cinayət işinin xarakterilə eyniləşdirilə bilməz. Vəkilin kimisə müdafiə etməsinə görə qınanması, təqib olunması yolverilməzdir".

C.Cavadov qeyd etdi ki, bu baxımdan erməni əsilli vətəndaşlarımızın hüquqları da digər vətəndaşlarımız kimi eyni səviyyədə müdafiə olunmalıdır:

"Hətta düşünürəm ki, onlara vətəndaşlıq və digər məsələlərlə bağlı məsləhət şəklində Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən pulsuz hüquqi yardım təşkil edilməlidir. Bu, ümumi reinteqrasiya prosesinə müsbət təsir edəcək".

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR