İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış müğənni boşandı

Türkiyəli müğənni Gökhan Özoğuz boşanıb.

İfaçı 13 illik həyat yoldaşı Melis Ülken ilə rəsmi şəkildə ayrılıb. 

Qeyd edək ki, Gökhan 2012-ci ildə Melis ilə evlənib. Onların Ayşe, Leyla və Ali adlı 3 övladı var. Gökhan tamaşaçılara "O səs Türkiyə" layihəsindən tanışdır. O, şouda münsiflərdən biri olub.

Müğənni Türkiyəni 2004-cü ildə "Avroviziya" mahnı müsabiqəsində "For real" mahnısı ilə təmsil edib. O, şouda 195 xalla dördüncü olub. Bu o vaxta qədər Türkiyənin yarışma tarixində topladığı ən yüksək xal olub.

Gökhan son olaraq aktyor kimi "Kırmızı oda" serialında rol alıb. (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR