İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış ermənidən ŞOK açıqlama: “Paşinyanla Makronun yaxınlaşma səbəbi - hər ikisi...”

Ermənistanın Demokratik Alternativ Partiyasının sədri, politoloq Suren Surenyants baş nazir Nikol Paşinyan və Fransa prezidenti Emmanuel Makronu sərt tənqid edən yazı qələmə alıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, o, bu yazısını feysbuk səhifəsində yayımlayıb.

“Fransa prezidenti Emmanuel Makron Aİ ölkələrindən Ukraynaya qoşun göndərilməsini istisna etmir. Xoşbəxtlikdən bu təhlükəli təklif Qərbdə də ciddi müqavimətlə üzləşdi: NATO və Almaniya buna qarşı çıxdı. Məndə belə təəssürat yaranıb ki, hazırda Paşinyanla Makron arasında yaxınlaşma müsbət tarixə malik Fransa-Ermənistan dostluğuna deyil, iki liderin hansısa mistik avantürizminə əsaslanır. Təsadüfi deyil ki, Paşinyanın Parisə səfərləri dəfn mərasimləri ilə müşayiət olunur”, - deyə Suren Surenyants qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR