Onlayn ictimai-siyasi qəzet
Türkiyəli aktyor Mahir Günşiraya ağır itki üz verib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, onun həyat yoldaşı Claude Leon Günşiray dünyasını dəyişib.
Bu barədə Claude Leonun illərdir çalışdığı teatrdan məlumat verilib.
Bildirilib ki, Mahir Günşirayın 26 ildir evli olduğu dizayner Claude Leon vəfat edib.
Claude Leon həmin teatrda çalışan aktyorların səhnə geyimlərinin tikilməsi və dizaynı ilə məşğul olub. O 1965-ci ildə Fransada dünyaya gəlib. Claude Jean-Claude və Nuria Leonun qızıdır.
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ