Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Milli Təhlükəsizlik Xidməti hazırda Sünik vilayətinin sabiq qubernatoru və deputat Vahe Akopyanın, eləcə də onun həyat yoldaşı, Para TV telekanalının direktoru Elizabet Petrosyanın yaşadığı ünvanda axtarış aparır. Onların mobil telefonları müsadirə edilib.
Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Qeyd edək ki, bu gün səhər tezdən hüquq-mühafizə orqanları “Müqəddəs mübarizə” hərəkatının tərəfdarlarının evlərində axtarışlara başlayıb. Eyni zamanda, arxiyepiskop Baqrat Qalstanyanın iqamətgahında əməliyyat tədbirləri həyata keçirilir.
Musavat.com
25 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ