İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputatdan Paşinyanla bağlı ŞOK SÖZLƏR

“Hüquqi proseslər bu qədər dəyərdən salına bilməz”.

Musavat.com xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin deputatı Elinar Vardanyan tərəfindən səslənib.

O, yaranmış vəziyyəti “xuliqanlıq” adlandırıb və iddia edib ki, hakimiyyətin atdığı addımların hüquqi proseslə heç bir əlaqəsi yoxdur.

“Məndə belə təəssürat yarandı ki, onlar 2018-ci ildə özlərinin həyata keçirdiyi fəaliyyət planını kağız üzərinə köçürüb bunu başqalarına aid etməyə çalışırlar. Amma hüquqi baxımdan bu planda qanunsuz hesab oluna biləcək heç bir hərəkət yoxdur”, - deyə Vardanyan qeyd edib.

O, Paşinyanı çevrilişlə devirmək istəyənlərə haqq da qazandırıb.

Elinar Vardanyanın sözlərinə görə, istənilən siyasi partiya öz fəaliyyət planını hazırlayıb inqilabi yolla hədəfə çatmağa cəhd göstərə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR