İnsanlara hürriyət, millətlərə istiqlal!

Fələstin hökumətində “erməni təyinatı” – Varsen Aqabekyan yeni xarici işlər naziri oldu

Fələstin Muxtariyyətinin yeni xarici işlər naziri erməni əsilli qadın təyin olunub.

Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, fələstinli-erməni mənşəli Varsen Aqabekyan (Varsen Aghabekian) rəsmi şəkildə Fələstinin diplomatik idarəsinin rəhbərliyinə gətirilib.

Bu təyinat sadəcə bir kadr dəyişiklikdən ibarət deyil. Aqabekyan uzun illər "işğal olunmuş ərazilərdə" xristian və erməni icmalarının hüquqlarının müdafiəçisi kimi fəaliyyət göstərib. Onun bu rolu həm fələstinli, həm də erməni icmalar arasında uzun illərdən bəri formalaşan əlaqələrin göstəricisidir.

Bu hadisə fonunda diqqət çəkən əsas məqam isə Fələstinlə Ermənistan arasında, yaxud daha geniş anlamda, fələstinlilər ilə erməni etnik qrupları arasındakı əlaqələrin səviyyəsidir. Rəsmi İrəvan 1990-cı illərin əvvəllərindən etibarən Fələstinin dövlət kimi tanınmasını dəstəkləyib və iki tərəf arasında zaman-zaman siyasi münasibətlər qurulub. Varsen Aqabekyanın bu posta gətirilməsi həmin tarixi münasibətlərin daha dərin və strateji səviyyəyə keçdiyini göstərə bilər.

Qeyd edək ki, Fələstin rəhbərliyində bundan əvvəl də qeyri-ərəb mənşəli şəxslərin müəyyən vəzifələrə təyin olunması halları olub, lakin bu səviyyədə bir erməni fiqurun önə çıxması nadir haldır və müəyyən siyasi mesajlar daşıya bilər.

Hadisə həm də Cənubi Qafqaz və Yaxın Şərq arasındakı dolaylı diplomatik rabitələrin bir göstəricisi kimi dəyərləndirilə bilər.

Bəlli olduğu kimi, Fələstin rəhbərliyi, Yasir Ərəfatdan bu yana, Mahmud Abbas da daxil, hər zaman Ermənistanı dəstəkləyib və onların yanında olub. 1-ci Qarabağ mührabəsində Azərbaycana qarşı döyüşmək üçün Cənubi Qafqaza gələn Fələstin vətəndaşları da olub...

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR