Onlayn ictimai-siyasi qəzet
Aktrisa Hilari Suenk məşhurlaşmazdan əvvəlki həyatından danışıb.
Hazırda 49 yaşı olan Hilari "Wall Street Journal"a müsahibəsində bir zamanlar anası Cudi ilə küçələrdə yaşadığını deyib.
Onlar Hollivuda ilk dəfə gələndə evləri olmayıb. Hilari məşhur olmaq üçün ikinci sinifdən Vaşinqtondakı liseyi tərk edir.
"Anamla bu şəhərə gələndə küçələrədə qalırdıq. Buna görə də tez zamanda iş həyatına atıldım. Bir müddət sonra rəfiqəmin ailəsi ilə yaşadığı evdə qalmağa başladıq. O mənzildə şişmə çarpayıda yatırdıq. Daha sonra anam katibə olaraq çalışmağa başladı. Mən isə seriallarda kiçik rollara çəkilirdim. Amma aktrisalıq xəyalımı yaşayırdım deyə xoşbəxt idim. Anam hər zaman mənə dəstək olurdu" - deyə aktrisa qeyd edib.
Hilari sonuncu dəfə "The Good Mother" adlı ekran işində çəkilib.
Hilari bu günə qədər "The Hunt, "Ordinary Angels", "The Homesman", "The Good Mother", "Million Dollar Baby", "Logan Lucky", "Boys Don't Cry", "Buffy the Vampire Slayer", "The Core" kimi ekran işlərində də çəkilib.
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ