İnsanlara hürriyət, millətlərə istiqlal!

"Talim" qasırğası Çinin Quandun əyalətini dağıdıb (VİDEO)

“Talim” qasırğası Çinin cənubundakı Quanqdun əyalətində materik ərazisini vurub, bölgədə nəqliyyatın hərəkəti dayandırılıb, aviareyslər ləğv edilib, məktəblər və dövlət müəssisələri bağlanıb.

Musavat.com xəbər verir ki, Sinxua xəbər agentliyinin məlumatına görə, təbii fəlakətin əsas zərbəsi ötən gecə Quandun əyalətinin Janjian şəhərinə dəyib. Tufanın episentrində küləyin maksimal gücü 38 m/s-ə çatıb.

Haynan ada əyalətində qasırğanın yaxınlaşması ilə əlaqədar bazar ertəsi 36 mindən çox balıqçı təxliyə edilib. Əyalətin paytaxtı Haykou beynəlxalq hava limanı bağlanıb.

Qasırğanın təsirinə məruz qalacağı gözlənilən bölgələrdə yaşayan sakinlərə mümkün olduğu qədər əlavə qoruma təmin etmək, bütün pəncərə və qapıları bağlamaq, pəncərələrdən uzaq durmaq və avtomobilləri təhlükəsiz yerlərdə saxlamaq tövsiyə olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR