Onlayn ictimai-siyasi qəzet
Əfqanıstandakı “Taliban” hökuməti sərhəddən narkotik qaçaqmalçılığı üçün istifadə olunan bütün katapultları məhv edib.
“Report” xəbər verir ki, bu barədə Rusiyanın Əfqanıstandakı səfiri Dmitri Jirnov TASS-a müsahibəsində deyib.
Onun sözlərinə görə, məhv edilən katapultlar İran və Pakistanla sərhəddə yerləşirdi. Qaçaqmalçılar bu qurğulardan narkotik vasitələri sərhədin o biri tayındakı şəbəkələrə ötürmək üçün istifadə edirdilər.
Səfir vurğulayıb ki, bu katapultlar dar ağacı ölçüsündə olan çarpaz dirəklərə bərkidilmiş bir növ rezin sapand kimi olub.
Jirnov bildirib ki, bu addım “Taliban”ın Əfqanıstanı qlobal heroin fabrikinə çevirən sabiq qərbyönlü rejimin devrilməsinin simvollarından biri idi.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ