İnsanlara hürriyət, millətlərə istiqlal!

Taksim terrorundan sonra əməliyyat siqnalı - İstiqamət Suriya...

İstanbulun mərkəzi Taksimdə baş verən terror aktından sonra gözlər terror təşkilatları PKK/PYD/YPG-yə çevrilərkən, “Röyter” agentliyi yüksək rütbəli türk rəsmisinə istinadən “Suriyaya əməliyyat siqnalı” verib.

“Röyter”ə danışan və adını açıqlamayan yüksək rütbəli türk rəsmisi İraqda PKK-ya qarşı əməliyyatlar başa çatdıqdan sonra Türkiyənin Suriyadakı hədəfləri təqib edəcəyini açıqlayıb.

İstanbulun İstiqlal küçəsini qana bulayaraq 6 nəfərin ölümünə səbəb olan suriyalı terrorçu Əhlam Əlbəşir dindirilmə zamanı PKK/PYD/YPG tərəfindən xüsusi kəşfiyyatçı kimi yetişdirildiyini və hərəkətə keçmək üçün Afrin üzərindən qeyri-qanuni yollarla Türkiyəyə daxil olduğunu bildirib.

Terror təşkilatı PKK isə Taksimdə törədilən partlayışa görə məsuliyyəti üzərinə götürməyib.

“Röyter”ə danışan türk rəsmisi bildirib ki, İraqdakı sərhəd əməliyyatından sonra Türkiyə Suriyanın şimalındakı hədəflərə doğru hərəkət edəcək. Türkiyədə PKK və İŞİD terrorunun qəbuledilməz olduğunu qeyd edən rəsmi Ankaranın cənub sərhədindəki təhdidləri təmizləyəcəyini bildirib.

Türkiyənin Suriyada mümkün əməliyyatı bir müddətdir gündəmdədir. Prezident Rəcəb Tayyib Ərdoğan bir neçə ay əvvəl Suriyada hərbi əməliyyatlara işarə edərək deyib ki, biz cənub sərhədlərimiz boyunca 30 kilometr dərinlikdə təhlükəsiz zona yaratmaq səylərimizin növbəti mərhələsinə qədəm qoyuruq. /Teleqraf.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR