İnsanlara hürriyət, millətlərə istiqlal!

Taksilərlə bağlı YENİ QAYDA – 20 min manat cərimə olunacaqlar - VİDEO

Taksi sifarişləri sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatları informasiya sisteminə ötürməyənlər 20 min manat məbləğində cərimələnəcəklər.

Musavat.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqləyidi İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunda öz əksini tapıb.

Bundan başqa avtomobil nəqliyyatı barədə lisenziyalar və icazələr haqqında qanun layihələrinə edilən dəyişikliklər də təsdiqlənib.

Yeni qanundan sonra taksi fəaliyyəti göstərən avtomobillərə taksometr quraşdırılacaq. Minik avtomobilində onların getdiyi məsafə, boşdayanmanın müddətinin uçotunun aparılması, gedişhaqqının məbləğinin hesablanması və sərnişini məlumatlandıran fiskal yaddaşlı xüsusi cihaz və ya proqram təminatı olmalıdır.

Ətraflı ARB-nin videomaterialında izləyə bilərsiniz:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR