İnsanlara hürriyət, millətlərə istiqlal!

Taksi sürücüsü küçənin ortasında dəhşət saçdı: bir nəfəri öldürdü, birini isə ... - VİDEO

Türkiyənin Samsun şəhərində dəhşətli hadisə baş verib. 

Musavat.com xəbər verir ki, taksi sürücüsü ilə iki qardaş arasında küçənin ortasında bıçaq və çubuqla başlayan dava qətllə nəticələnib.

Hər kəsin gözü qarşısında baş verən hadisədə taksi sürücüsü tərəfindən bıçaqlanan 2 uşaq atası olan gənc həyatını itirib.

Özəl xəstəxanaya aparılan Emin K.-ni bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb. Onun qardaşı Y.K.-nin isə yüngül xəsarət aldığı öyrənilib.

Polis tərəfindən saxlanılan taksi sürücüsü C.D. də çubuqla döyülməsi nəticəsində yaralanıb. Taksi sürücüsü də xəstəxanada müalicə olunduqdan sonra ifadəsi alınmaq üçün Samsun Polis İdarəsinə aparılıb.

Musavat.com



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR