İnsanlara hürriyət, millətlərə istiqlal!

Tailandda hərbi gəmi batıb, 31 dənizçi itkin düşüb

Cənubi Çin dənizində patrul xidməti həyata keçirən Tailand Hərbi Dəniz Qüvvələrinə məxsus “HTMAS Sukhothai” hərbi gəmisi fırtına zamanı qəzaya uğrayıb. Yüzdən çox heyət üzvünün üçdəbiri itkin düşmüş hesab olunur.

AZƏRTAC BBC teleradio kompaniyasına istinadla xəbər verir ki, hadisə dekabrın 18-i axşam saatlarında Siam körfəzində baş verib. Hakimiyyət orqanları batan “HTMAS Sukhothai” korvetindən 75 ekipaj üzvünün xilas edildiyini bildirib, itkin düşən 31 dənizçinin axtarışı isə davam edir. Tailand Hərbi Dəniz Qüvvələri insidentlə bağlı təhqiqata başlayıb.

Qeyd edək ki, dekabrın 17-də Honkonq sahillərində güclü tropik qasırğanın təsirinə məruz qalan “Fujing 001” sənaye gəmisinin də onlarla heyət üzvü itkin düşüb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR