İnsanlara hürriyət, millətlərə istiqlal!

TAİB rəhbərləri Zəfər yolu və Kəlbəcər-Laçın yolunu inşa edən şirkətin sahibi ilə görüşdü - FOTO

Türkiyədə səfərdə olan TAİB nümayəndələri Ankarada Türkiyə - Azərbaycan İşgüzar Şurasının rəhbəri, Qarabağda böyük layihələr həyata keçirən, Zəfər yolunun inşasında iştirak payı olan məşhur "Kolin İnşaat" Şirkətinin sahibi Kamal Koloğlu ilə görüşüblər.

Musavat.com xəbər verir ki, Kamal Koloğlu qonaqların şərəfinə ziyafət verub.

Görüşdə iş adamı Qarabağdakı quruculuq işlərində iştirak etməkdən qürur duyduqlarını deyib.

Kamal Koloğlu, həmçinin Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələrə xüsusi həssaslıqla yanaşdığını və Qarabağ İqtisadi Rayonunun tez bir zamanda dirçəldilməsi üçün böyük səylər göstərdiyini bildirib.

"Kolin inşaat" hazırda Şuşa yolu və Kəlbəcər - Laçın yolunu inşa etməklə Azərbaycanda böyük layihələr icra edir.

WhatsApp Image 2022-12-06 at 16.09.15.jpeg (95 KB)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR