İnsanlara hürriyət, millətlərə istiqlal!

TAİB-in Türk ölkələrində nümayəndəlikləri yaradılır - FOTO

Türk Ağsaqqalları Birliyi – TAİB-in İdarə Heyətinin növbəti iclası keçirilib.

Birlikdən AZƏRTAC-a bildiriblər ki, iclasda təşkilatın qarşıdakı mərhələdə həyata keçirəcəyi layihələrlə bağlı müzakirələr aparılıb.

TAİB-in sədri Sudeyif İmamverdiyev qeyd edib ki, Türk dünyası ölkələrinin vətəndaş cəmiyyəti institutları arasında əlaqələr daha da genişləndirilməli və bu istiqamətdə zəruri addımlar atılmalıdır. Akademik bildirib ki, TAİB bundan sonra fəaliyyətini daha da şaxələndirməli və təşkilatın Türk ölkələrində yerli nümayəndəliklərinin açılması istiqamətində addımlar atılmalıdır.

TAİB-in həmsədri Hulusi Kılıç çıxışında qeyri-hökumət təşkilatlarının mövcud potensialından söhbət açıb. Qeyd edilib ki, TAİB sözügedən prosesdə fəal iştirak edir və ümumilikdə Türk xalqları arasında inteqrasiyanın sürətləndirilməsinə nəzərəçarpan töhfələr verir.

İdarə Heyətinin digər üzvləri də TAİB-in Türk ölkələrində nümayəndəliklərinin açılmasının əhəmiyyətindən danışıb və istiqamətdə hazırlıq işlərinin başlanılmasının zəruri olduğunu bildiriblər.

Müzakirələrin nəticəsi olaraq Türk Ağsaqqalları Birliyinin ilkin mərhələdə Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrdə nümayəndəliklərinin yaradılması barədə qərar qəbul edilib. İdarə Heyəti üzvlərinin ümumi rəyi ilə ilk nümayəndəliyin Türkiyənin paytaxtı Ankarada açılması da qərarlaşdırılıb.

1669901751201658033_1000x669.jpg (370 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR