Onlayn ictimai-siyasi qəzet
Bakı Ağır Cinayətlər Məhkəməsində 3 nəfərə qarşı dələduzluq edən Sahil Abuşovun məhkəmə prosesi başlayır.
Musavat.com Unikal-a istinadla xəbər verir ki, hazırlıq iclası mayın 27-də hakim Aytən Əliyevanın sədrliyi ilə keçiriləcək.
Cinayət işində Dağıstan Əzimov, İnqilab Nəzərov və Orxan Piriyev zərərçəkmiş qismində tanınıblar.
İttihama əsasən, Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşov Soltan Əliyevin iki milyon manatını ələ keçiriblər. Səadət Xəlilov həbsdə olsa da, digər 2 təqsirləndirilən şəxs məhkəmə dövründə azadlıqda olub. Onlar haqqında axtarış elan edilib. Qulu Muxtarov və Sahil Abuşovun işi Səadət Xəlilovun işindən ayrılıb. Səadət Xəlilov tək mühakimə olunub.
Səadət Xəlilov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham edilib.
Cinayət işi üzrə Soltan Əliyev zərərçəkmiş qismində tanınsa da, Səadət Xəlilov iki milyon manatı Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun onlara faizlə verdiyini deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səadət Xəlilov verilmiş ittihamlarla təqsirli bilinərək doqquz il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun həbs müddətini bir il azaldaraq səkkiz ilə endirib. Hökm qalan hissələrdə qüvvədə saxlanılıb.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ