İnsanlara hürriyət, millətlərə istiqlal!

Tacqoymaya hazırlıq: Britaniyalılar Londonun mərkəzində çadırlar qurur

Böyük Britaniyanın monarxı III Karlın tacqoyma mərasiminə bir həftədən də az vaxt qalır. Əlamətdar hadisəyə hazırlaşan kral ailəsinin pərəstişkarları artıq Londonun mərkəzində - Buckingham sarayına gedən yol boyu çadırlar qurmağa başlayıblar.

AZƏRTAC Britaniya mediasına istinadla xəbər verir ki, XXI əsrin ilk tacqoyma mərasimini seyr etmək üçün Londona yüz minlərlə insanın gələcəyi gözlənilir.

Kral kortejinin Londonun mərkəzindən keçməsi taclanma mərasimi çərçivəsində ictimaiyyət üçün açıq olan əsas tədbirdir. Kortej Buckingham sarayının Mərkəzi qapısından çıxacaq, Mall küçəsi ilə hərəkət edərək Admirallıq tağının altından keçəcək və Westminster abbatlığına çatacaq.

Xatırladaq ki, Böyük Britaniya kraliçası II Elizabet ötən il sentyabrın 8-də 96 yaşında vəfat edib. Kraliçanın böyük oğlu III Karl sentyabrın 10-da rəsmi olaraq Böyük Britaniyanın kralı elan edilib. Yeni monarxın tacqoyma mərasimi mayın 6-da keçiriləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR