İnsanlara hürriyət, millətlərə istiqlal!

Şüvəlanda azyaşlı su anbarına düşüb

Fövqəladə Hallar Nazirliyinə (FHN) Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində azyaşlının quyuya düşməsi barədə məlumat daxil olub.

Nazirlikdən Musavat.com-a bildirilib ki, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2022-ci il təvəllüdlü azyaşlı vətəndaşa məxsus fərdi yaşayış evinin həyətindəki köməkçi tikilidə dərinliyi 2m, həcmi 8 m³ olan yeraltı su anbarına düşüb.

FHN-in qüvvələri tərəfindən xüsusi vasitələrlə azyaşlının cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR