İnsanlara hürriyət, millətlərə istiqlal!

"Şuşada Milli Məclisin komitə iclasları davam edəcək" - Sahibə Qafarova

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. Spiker Sahibə Qafarova giriş nitqilə çıxış edərkən bu günlərdə Şuşada keçirilən komitə iclaslarının önəmindən bəhs etdi.

Spiker bildirdi ki, ilin əvvəlində aprelin ilk günlərindən başlayaraq, Milli Məclisin komitə iclaslarının Şuşada keçiriləcəyi barədə açıqlama vermişdi. S.Qafarova ilk olaraq aprelin 8-də MM-in iki komitəsinin birgə iclasının Şuşada keçirildiyini vurğuladı. Bildirdi ki, bu, Azərbaycanın parlamentarizm tarixində həmişəlik qalacaq şanlı hadisədir. Sədrin sözlərinə görə, möhtərəm cənab prezidentin sərəncamı ilə elan olunmuş “Şuşa ili” çərçivəsində bu kimi tədbirlər davamlı olacaq. “Şuşa şəhərində keçiriləcək iclasların qrafiki tərtib olunub komitə sədrlərinə təqdim ediləcək”, sədr əlavə etdi.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR