Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Co Bayden oktyabrın 9-da İsrailin baş naziri Benyamin Netanyahu ilə yəhudi dövlətinin İrana zərbə endirmək planlarını telefonla müzakirə edə bilər.
Musavat.com xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, Baydenin çərşənbə günü səhər Netanyahu ilə İsrailin İrana zərbə endirmək planları ilə bağlı kritik telefon danışığı aparacağı gözlənilir.
Bildirilib ki, telefon danışığı İsrailin İrana zərbə endirmək imkanını nəzərdən keçirdiyi bir vaxta təsadüf edir.
Məlumata görə, İsrailin cavab tədbirləri İrandakı hərbi obyektlərə hava hücumları və Tehranda İsmayıl Haniyənin öldürülməsi kimi gizli hücumlar da daxil olmaqla, əhəmiyyətli olacağı gözlənilir.
Nəşr yazır ki, İsrail İrandakı neft obyektlərinə hücum ehtimalını nəzərdən keçirir.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ