İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şuşa türk dünyasının əziz şəhəridir” - İlham Əliyev

“Türkiyə və Azərbaycan dost, qardaş ölkələrdir”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışında bildirib.

Dövlət başçısı bildirib ki, eyni zamanda 2 il bundan öncə Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular:

“Bu tarixi Bəyannamənin Qarabağın tacı olan Şuşada imzalanmasının xüsusi önəmi var. Şuşa Azərbaycan xalqının əziz şəhəridir, türk dünyasının əziz şəhəridir və Şuşanın işğaldan azad edilməsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Türkiyə, onun Prezidenti və türk xalqı bizim yanımızda idi”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR