Onlayn ictimai-siyasi qəzet
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştepe iqamətgahında keçirdiyi çıxışında, Türkiyədən Suriyaya qayıdan suriyalıların sayı ilə bağlı məlumat verib.
Musavat.com xəbər verir ki, Ərdoğan bildirib ki, Bəşər Əsəd rejiminin devrilməsindən sonra, indiyə qədər 133 min suriyalı təhlükəsiz şəkildə öz vətənlərinə dönüb. Ümumilikdə isə Türkiyədən 873 min suriyalı vətənlərinə geri qayıdıb.
Prezident Ərdoğan bu prosesin davam edəcəyini və suriyalıların qayıdışının təhlükəsiz və şəraiti təmin edərək gerçəkləşəcəyini vurğulayıb.
Musavat.com
07 Mart 2025
06 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ