İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriyaya gözlənilməz SƏFƏR: Dəməşqdən Putinə SƏRT MESAJ - VİDEO

Almaniya və Fransa xarici işlər nazirləri Əsəd rejiminin devrilməsindən sonra ilk dəfə elan edilməmiş səfərlə Suriyaya gəldilər.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, onlar Bəşər Əsədin qaçmasından sonra Suriyaya səfər edən ilk Aİ xarici işlər nazirləridir.

Nazirlər ölkənin yeni rəhbərliyi ilə danışıqlar aparmağı planlaşdırırlar.

Qeyd edək ki, Fransanın Dəməşqdəki səfirliyi 2012-ci ildən bağlıdır.

"Rusiyanın Suriyadakı hərbi bazalarını tərk etməsinin vaxtı çatıb. Əsəd rejimini uzun müddət dəstəkləyən və onun hərbi cinayətlərinə göz yuman Vladimir Putin idi", - deyə Almaniyanın xarici işlər naziri Annalena Berbok Dəməşqə səfəri zamanı bildirib.

Almaniya xarici işlər nazirliyi vurğulayıb ki, yeni hakimiyyətdən qadın və kişilərin hüquqlarının təminatı ilə yanaşı, bütün etnik və dini qrupların müdafiəsi üçün zəmanət gözləyirlər.

@@TVmusavat/105127@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Yanvar 2025

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR