Onlayn ictimai-siyasi qəzet
Kürd “Suriya Demokratik Qüvvələri” (SDQ) Türkiyə ilə birbaşa təmaslar saxlayır.
Musavat.com xəbər verir ki, bunu SDF komandiri Məzlum Abdi “Şəms” telekanalına verdiyi şərhdə açıqlayıb.
Onun sözlərinə görə, SDF “Türkiyə ilə birbaşa, eləcə də vasitəçilər vasitəsilə əlaqələrə malikdir”. Abdi əlaqələrin daha da inkişaf edəcəyinə ümid etdiyini bildirib və həmçinin “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşə etiraz etmədiyini” qeyd edib.
Martın 10-da Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa və Abdi kürd döyüşçülərinin keçid hökumətinin silahlı qüvvələrinə daxil edilməsinə dair saziş imzalayıblar. Tərəflər Suriyanın şimal-şərqində QSD-nin nəzarətində olan ərazilərdə yerləşən bütün mülki və hərbi obyektlərin, o cümlədən hava limanları, qaz və neft yataqlarının Dəməşqdəki yeni administrasiyanın səlahiyyətinə keçəcəyi barədə razılığa gəliblər.
Musavat.com
01 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ