İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriyadakı ABŞ bazasına kamikadze dronlarla HÜCUM ETDİLƏR

Suriyanın cənubunda ABŞ əsgərlərinin yerləşdiyi Əl Tanif bazasına kamikadze dronlarla hücum edildiyi bildirilib.

Musavat.com xəbər verir ki, hadisə ilə bağlı ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) rəsmi açıqlama verilib.

Verilən açıqlamada "Bu səhər Suriyada Əl Tanif Qarnizonuna 3 pilotsuz təyyarə ilə hücum edib. İki pilotsuz təyyarə Koalisiya Qüvvələri tərəfindən vurularkən, biri bazaya dəyib. İki Suriya Azad Ordusu üzvü yaralanıb və müalicəsi davam etdirilir. ABŞ əsgərləri tərəfindən heç kim xəsarət almayıb”,-deyə bildirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR