Onlayn ictimai-siyasi qəzet
Suriyanın təhlükəsizlik qüvvələri Dəməşqdə keçid hökumətinə tabe olmayan qruplaşmaların qalası kimi fəaliyyət göstərən Dəra əyalətindəki dörd bölgəyə nəzarəti təmin edib.
Yerli qəbilələrin şeyxləri ilə əldə olunan razılaşma nəticəsində silahlılar Mseyfara, Sayda, Əl-Cizə və Əs-Səhva yaşayış məntəqələrində silahlarını hakimiyyət orqanlarına təhvil verməyə razılaşıblar.
Məlumata görə, təhlükəsizlik qüvvələri daha əvvəl bir sıra məhəllələrdə atışmaların baş verdiyi və komendant saatı tətbiq edilən Bosra əş-Şam şəhərində də (Dəməşqdən 110 km məsafədə) asayişi bərpa edib. Dəra qubernatoru Ənvər əl-Zubinin sözlərinə görə, toqquşmaların səbəbkarları hüquq-mühafizə orqanlarına təhvil veriləcək.**“Report”
13 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ