İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriyada PKK-nın yüksək səviyyəli idarəçisi məhv EDİLDİ

Türkiyə Milli Kəşfiyyat Təşkilatı Suriyada PKK-ya əhəmiyyətli zərbə endirib.

Musavat.com xəbər verir ki, əməliyyat zamanı PKK-nın yüksək səviyyəli idarəçisi məhv edilib.

Suriyanın şimalında PKK/YPG terrorçularına ideoloji və silahlı təlim keçən Mihyeddin Gulo MİT-in keçirdiyi əməliyyat zamanı zərərsizləşdirilib. Qeyd edək ki, əməliyyat avqust ayının 9-da Qamışlıda həyata keçirilib.

Hebat Derik kod adlı Gulonun Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı bir çox aksiyaların planlaşdırılmasında fəal rol oynadığı da məlum olub. Mihyeddin Gulo eyni zamanda “Barış Pinarı” və “Zeytun budağı” əməliyyatlarında iştirak edib.

Musavat.com

ba80e3d1-6e0e-3eae-8e2d-11f31de37ac3.jpg (35 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR