Onlayn ictimai-siyasi qəzet
Suriya Prezidenti Bəşər Əsəd Rusiya prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevlə danışıqlar aparıb.
Əsədin ofisinin mətbuat xidmətinin məlumatına görə, Suriya lideri Dəməşqin Ankara ilə münasibətləri normallaşdırmağa hazır olduğunu və bütün təşəbbüslərə açıq olduğunu bildirib.
O, Suriyanın Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsləri alqışladığını vurğulayaraq, bunun regionda sabitliyi gücləndirəcəyini bildirib.//Oxu.az
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ