Onlayn ictimai-siyasi qəzet
Suriya ABŞ sanksiyaları yumşaldıqdan sonra rusların çap etdiyi pullardan imtina edir.
Musavat.com xəbər verir ki, Suriya yeni valyutasını Rusiyanın əvəzinə BƏƏ və Almaniyada çap etməyi planlaşdırır. Bu dəyişiklik ABŞ-ın sanksiyaları yumşaltması ilə mümkün olub və Dəməşq üçün yeni imkanlar açıb.
Məlumata görə, yeni dizaynda sabiq diktator Bəşər Əsədin portreti olan bənövşəyi banknotdan portret götürüləcək.
Qeyd olunur ki, Avropa İttifaqı sanksiyaları tətbiq etdikdən sonra Rusiya Suriya pulunu çap edirdi.
Toğrul İSMAYIL,
Musavat.com
17 May 2025
16 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ