İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiyadan Ukraynaya dəstək - Rusiyaya sanksiya siyasətini davam etdirəcək

Sanae Takaichi başda olmaqla yeni Yaponiya hökuməti Ukraynaya hərtərəfli dəstək verməyə və Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə davam edəcək.

Musavat.com xəbər verir ki, bunu Yaponiyanın yeni xarici işlər naziri, 2019-2021-ci illərdə bu vəzifədə olmuş Toşimitsu Moteqi təyinatından sonra keçirdiyi ilk mətbuat konfransında deyib:

"Ukrayna ilə bağlı məsələyə gəlincə, biz onu müxtəlif yollarla dəstəkləməyə davam edəcəyik və uzunmüddətli sülh əldə edildikdən sonra onun bərpasına və inkişafına kömək edəcəyik. Digər tərəfdən, tezliklə atəşkəsə nail olmaq üçün Rusiyaya qarşı qətiyyətli addımlar atmağa, o cümlədən sanksiyalar tətbiq etməyə davam edəcəyik - bu, bizim fundamental mövqeyimizdir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR