Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Hindistan yaxın vaxtlarda Rusiyadan neft idxalını azaldacaq.
Musavat.com xəbər verir ki, Tramp bu barədə Hindistanın baş naziri Narendra Modi ilə telefon danışığından sonra açıqlama verib.
“Mən baş nazir Modi ilə danışdım. Aramızda çox yaxşı münasibətlər var. Hindistan Rusiyadan çox neft almağı planlaşdırmır. O, Ukrayna və Rusiya arasında müharibənin bitməsini mənim qədər çox istəyir. Onlar artıq idxalı azaldıblar və azaldmağa davam edirlər,” – deyə ABŞ prezidenti bildirib.
Tramp həmçinin vurğulayıb ki, Vaşinqton və Yeni Dehlinin enerji sahəsində əməkdaşlığı davam edir və ABŞ Hindistanın enerji təchizatında əsas tərəfdaş kimi qalacaq.
Musavat.com
22 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ