Onlayn ictimai-siyasi qəzet
Slovakiyanın baş naziri Robert Fitso bəyan edib ki, Avropa İttifaqı Budapeştdə keçirilməsi planlaşdırılan Tramp–Putin görüşünü əngəlləməyə cəhd göstərir.
Musavat.com xəbər verir ki, Fitso bu barədə “Facebook” hesabında yazıb.
Onun sözlərinə görə, əgər Avropa İttifaqı həqiqətən də Ukraynada tez bir zamanda sülhün bərpasını istəyirsə, o zaman görüşün baş tutmasına “maneəsiz və tam dəstəklə” yardım etməlidir.
“Bu, kədərləndirici mənzərədir. Avropa İttifaqı artıq ‘hərbi kabinetə’ çevrilib, üzv ölkələrin çoxu Ukraynadakı münaqişənin davam etməsini dəstəkləyir və bununla Rusiyanı zəiflədə biləcəyinə sadəlövhcəsinə inanır,” – deyə Fitso bildirib.
Slovakiya hökumət başçısı hesab edir ki, Budapeştdə baş tutacaq Tramp–Putin görüşü Ukrayna müharibəsinin dayandırılması üçün mühüm fürsət ola bilərdi.
Musavat.com
22 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ