Onlayn ictimai-siyasi qəzet
İngiltərənin "Mançester Siti" klubunun hücumçusu Erlinq Holann UEFA Çempionlar Liqasının əsas mərhələsində "Vilyarreal"a (İspaniya) vurduğu qolla yeni göstəriciyə imza atıb.
"Report" xəbər verir ki, norveçli forvard həm klub və həm də millidə ardıcıl 12 matçda minimum bir qol vurmaqla Portuqaliya yığmasının üzvü Kriştianu Ronaldunun rekorduna şərik olub.
Qeyd edək ki, hazırda davam edən "Vilyareal" - "Mançester Siti" matçında "şəhərlilər" 2:0 hesabı ilə öndədirlər. Oyunda qolları Erlinq Holann (17) və Bernardu Silva (40) vurublar.
22 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ