Onlayn ictimai-siyasi qəzet
Rusiya qüvvələri gecə saatlarında Ukraynanın Zaporojye şəhərinə 9 “Şahed” tipli pilotsuz uçuş aparatları zərbə endirib.
Musavat.com xəbər verir ki, hücum nəticəsində şəhərin bir neçə rayonunda çoxmərtəbəli yaşayış binasında və bir neçə fərdi evdə yanğın baş verib.
Hazırda yanğınların nəticələrinin aradan qaldırılması işləri davam edir. İlkin məlumata görə, xəsarət alan yoxdur.
Fövqəladə xidmətlər hadisə yerində işləyir, sakinlərə təhlükəsizlik məqsədilə sığınacaqlarda qalmaq tövsiyə olunub.
Musavat.com
22 Oktyabr 2025
21 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ