Onlayn ictimai-siyasi qəzet
Sumqayıt şəhərinin bəzi hissələrində qaz təchizatında fasilə yaranacaq.
Bu barədə Musavat.com-a"Azəriqaz" İB Sumqayıt QİS-dən bildirilib.
Qeyd olunub ki, mövcud qaz sayğaclarının yeni xəttin üzərinə köçürülməsi ilə əlaqədar oktyabrın 22-də saat 12:00-dan etibarən, Corat qəsəbəsində (məktəbin yanı-dörd yol adlanan ərazi) 500 abonentin qaz təchizatı dayandırılacaq.
Qazın verilişi işlər başa çatdıqdan sonra bərpa olunacaq.
23 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ