İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıtda yaşayış binasında yanğın: Sakinlər təxliyə edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında yerləşən üçmərətəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının üçmərtəbəli yaşayış binasının zirzəmisində baş verdiyi müəyyən edilib.

Yanğınsöndürənlər tərəfindən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində zirzəmidə yerləşən vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m. olan ikiotaqlı mənzilin mətbəxinin yanar kostruksiyaları 15 kv.m. sahədə və yataq otağında 1 ədəd çarpayı və 1 ədəd televizor yanıb.

Mənzilin böyük hissəsi yanğından mühafizə olunub.

Təhlükəsizlik tədbirləri çərçivəsində iki nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Fevral 2025

07 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR