İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıtda kanalda meyiti tapılan şəxsin qətlə yetirildiyi məlum olub

Fevralın 12-də Sumqayıt şəhəri ərazisində 1976-cı il təvəllüdlü Abdullayev Rüfət Sovet oğlunun üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qətli törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Habil Bayram oğlu Qoşnəliyev müəyyən olunaraq saxlanılıb.

İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlərə görə baş verib.

Qeyd edək ki, Rüfət Abdullayevin itkin düşməsi barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Sumqayıt sakini Rəvan Abdullayev fevralın 4-də polisə məlumat verərək qardaşı 1976-cı il təvəllüdlü Abdullayev Rüfət Sovet oğlunun “BTZ” bağları ərazisində yerləşən kafelərdən birindən çıxaraq naməlum istiqamətə getdiyini və bir daha geri qayıtmadığını bildirib.

Dünın isə itkin düşdüyü bildirilən R. Abdullayevin meyiti Ceyranbatan bağları ərazisində kanalda aşkarlanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR