İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıtda avtobus piyadanı vuraraq öldürüb - FOTO

Sumqayıt ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə şəhərin “Daş bazarı” adlanan ərazisində, Məhəmməd Əsədov küçəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 18-ci mikrorayon sakini 56 yaşlı Validə Sultanovanı, 17-ci mikrorayon sakini Pərviz Muradxanovun idarə etdiyi “İveco” markalı avtobus vurub.

56 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib. Sürücü polisə zəng vuraraq hadisəni törətdiyini etiraf edib və o saxlanılıb.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR