İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumıda faciə böyüyür: ölənlərin sayı 24-ə, yaralılarınkı 83-ə çatdı

 Rusiyanın Ukraynanın Sumı şəhərinə endirdiyi raket hücumu nəticəsində ölənlərin sayı 24-ə yüksəlib.

 Yaralıların sayı isə artıq 83 nəfərə çatıb. Musavat.com xəbər verir ki, bu barədə Sumı vilayət administrasiyasının rəhbəri Volodimir Artyux məlumat verib.

Artyuxun sözlərinə görə, Rusiya hücumda kaset başlıqlı raketlərdən istifadə edib. Ən çox itki isə şəhər içində hərəkətdə olan trolleybusda qeydə alınıb.

Xatırladaq ki, bu hücum Palm bazar günündə baş verib. Prezident Volodimir Zelenski hadisəyə sərt reaksiya verərək, hadisəni “bunu ancaq alçaq edə bilər” kimi qiymətləndirib. Hücumun mülki vətəndaşlara qarşı yönəldiyi və təhsil müəssisələri də daxil olmaqla, şəhərin infrastrukturuna ciddi ziyan vurduğu bildirilib.



Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Aprel 2025

14 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR