İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh prosesini başa çatdırmaq Ermənistandan asılıdır-xəbərdarlıq

Türkiyə və İsrail arasıda diplomatik münasibətlər kəskin pişləşən zamanı Azərbaycanın açıq olmayan diplomatik fəaliyyətinin olmasını bilirdik.

Cənab Prezidentin qeyd etdiyi kimi, bu, açıq diplomatiya deyildi. Amma beynəlxalq münasibətlər barədə məlumatlı olan hər kəs bilirdi ki, Azərbaycan bu iki dövlət arasıda münasibətlərin daha da kəskinləşməsində çəkindirici rola malikdir”.

Hüquqşünas, Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov bu fikirləri Prezidentin bu gün Bakıda keçirilən Forumda səsləndirdiyi bəyanatlar, mühüm məlumatlarla bağlı Musavat.com-a açıqlamasında söyləyib.

sm.jpg (55 KB)

Bildirib ki, hətta Azərbaycan bu istiqamətdə açıq olmayan, amma davamlı diplomatik səylər göstərməsəydi belə, İsrail Türkiyə ilə münasibətində Azərbaycan amilini nəzərə alır: “Məsələn Knessetdə (İsrail Parlamenti) qondarma erməni soyqırımı məsələsini gündəliyə gətirmək cəhdləri oldu, amma İsrail dövləti buna getmədi. Azərbaycan üçün Türkiyə qırmızı xəttdir və İsrail də digər dövlətlər də öz siyasətlərində bunu nəzərə alır. Eləcə də qardaş Türkiyə üçün də Azərbaycan məsələsi qırmızı xəttdir. Ona görə də dövlətlər siyasətlərini müəyyən edərkən bu amili mütləq nəzərə alır. Birinci gərginləmənin zəifləməsi, sonradan münasibətlərin normallaşmasında əlbəttə, Azərbaycanın və şəxsən Prezident Əliyevin rolu əhəmiyyətli və bəlkə də müstəsna idi. Təssüf ki, hazırda davam edən İsrail - HƏMAS qarşıdurması yenidən Türkiyə- İsrail münasibətlərini gərginləşdirib. Əlbəttə, nəinki regionda, qlobal səviyyədə aktor olan Türkiyə bu münaqişədə seyrçi ola bilməzdi və buna görə münasibətlər yenidən gərginləşib”. 

aeb5d183841540c4fa27004418005c01.jpg (169 KB)

Rəsmi Bakının barış üçün yenidən hərəkətə keçməsinə gəlincə, S.Məmmədov bildirdi ki, hazırda bu istiqamətdə Azərbaycanın diplomatik səylərinin olmasına dair ictimaiyyətdə məlumat yox idi: “Amma ehtimal edirdik ki, bu səylər yenə də mövcuddur. Cənab Prezident bugünkü çıxışında ehtimallarımızı təsdiq etdi. Yeri gəlmişkən, İsrail indi də Azərbaycan amilini nəzərə alır.

Cənab Prezidentin qeyd etdiyi kimi, münasibətlərin normallaşması hər iki dövlətin iradəsinə bağlıdır və onların suveren qərarlarıdır, amma hər iki dövlət həm Azərbaycan dövlətinin mövqeyini, həm də Prezident Əliyevin nüfuzunu nəzərə alır. Bu təşəbbüslərin müsbət nəticə verməsi iki dövlətlə yanaşı, regionun əksər dövlətlərinin maraqlarına uyğundur. Ümid edək ki, Yaxın Şərqdə gərginlik azalacaq və əməkdaşlıq təşəbbüsləri genişlənəcək”. 

a200b3b92b921a7bc8a037dc46a259ca.jpg (145 KB)

Azərbaycanın Ermənistanla münasibətlərinə gəldikdə, ekspert bunları söyləyib: “Prezident dəfələrlə qeyd etdiyini bir daha təkraladı. Bizə qarşı ərazi iddasının qaılması, bizə qarşı informasiya müharibəsi və beynəlxal hüquq müstəbvisində müharibənin davam etməsi sülh proseslərini əngəlləyir və sülh müqaviləsinin bağlanmasına mane olur. Cənab Prezidentin çıxışdan bir daha belə qənaətə gəldik ki, Azərbaycan tərəfindən heç bir problem yoxdur, sadəcə Azərbaycanın legitim təklifləri qəbul olunmaldır. Əks halda bağlanacaq istənilən razılaşma davamlı sülhə xidmət etməyəcək. Prezidentin qeyd etdiyi kimi münasibətlərin normallaşması və sülh prosesini başa çatdırmaq Ermənistandan asılıdır. Azərbaycan özündən asılı olan nə varsa, edib”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Aprel 2025

17 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR