İnsanlara hürriyət, millətlərə istiqlal!

Sui-qəsdin şahidi: "Onu gördük, polisə dedik, məhəl qoymadılar" - VİDEO

“Biz onu açıq-aydın tüfənglə gördük”: Trampa sui-qəsd cəhdinin şahidi deyib ki, o, qəsdçini hələ keçmiş ABŞ prezidentinə atəş açmamışdan əvvəl görüb.

Musavat.com xəbər verir ki, həmin şəxs deyib ki, o və ştatların keçmiş prezidentinin digər tərəfdarları şübhəli şəxsi ikinci binanın damında silahla sürünərkən görüblər.

Bundan sonra hadisə şahidləri gördükləri barədə polisə məlumat versələr də, xəbərdarlıqlara məhəl qoymayıblar.

“Niyə Tramp səhnədən çıxarılmadı? Orada durub iki-üç dəqiqə tüfəngli oğlanı polisə göstərdim. Gizli Xidmət anbarın damından bizi izləyirdi. Mən damı göstərirəm və növbəti anda beş atəş eşidilir”, - deyə şahid izah etdi.

Bununla belə, o qeyd edib ki, təhlükəsizlik əməkdaşları atəş açan şəxsi görə bilməyiblər, çünki damın yamacına görə o, yaxşı mövqe tutubmuş.

@@TVmusavat/90719@@

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR